Qelebə.az / "Tata Steel İndia": Şəhriyar Məmmədyarov ikinci gündə qələbəsiz qalıb

"Tata Steel İndia": Şəhriyar Məmmədyarov ikinci gündə qələbəsiz qalıb

30-11-2022, 18:24

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hindistanın Kəlküttə şəhərində təşkil olunan “Tata Steel İndia” rapid turnirində növbəti görüşlərini keçirib.

"QELEBE.AZ"un məlumatına görə, 37 yaşlı qrossmeyster ikinci yarış günündə ABŞ-ı təmsil edən Hikaru Nakamura, iranlı Parham Maqsudlu və hindistanlı Arcun Eriqaisi ilə üz-üzə gəlib.

IV turda Nakamuraya və VI turda Eriqaisiyə uduzan Məmmədyarov V turda Maqsudlu ilə dueldən sülhlə ayrılıb.

Əvvəlki üç görüşündə qələbə qazanan şahmatçı hazırda 3,5 xalla 2-3-cü yerləri bölüşdürür.

Qeyd edək ki, qalibin 10 min ABŞ dolları qazanacağı turnirə dekabrın 1-də yekun vurulacaq.

Geri qayıt