Almaniya II Bundesliqasında XXV turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" səfərdə "Munster"lə qarşılaşıb.
Emrelinin iştirak ərizəsində yer almadığı görüşdə qonaqlar 1:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Emrelinin bu görüşdə iştirak etməməsinin səbəbi hələlik məlum deyil.