Qelebə.az / "Barselona" de Yonqa yeni müqavilə təklif edib

"Barselona" de Yonqa yeni müqavilə təklif edib

6-03-2025, 17:36

"Barselona" rəhbərliyi yarımmüdafiəçisi Frenki de Yonqun müqavilə müddətini uzatmaq istəyir.

Apasport.az xəbər verir ki, "Barselona" de Yonqa  müqaviləsini uzatması üçün yeni təklif göndərib.

Məlumata görə, 27 yaşlı niderlandlının sözləşməsi 2028-ci ilə qədər  vəuzadılacaq. Futbolçunun maaşı olduğu kimi qalacaq.

Bu mövsüm de Yonq bütün turnirlərdə 28 matçda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun "blauqrana" ilə hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatacaq. 

Geri qayıt