Qelebə.az / "Sumqayıt"ın sabiq baş məşqçisi "Şaxtyor"a qayıda bilər

"Sumqayıt"ın sabiq baş məşqçisi "Şaxtyor"a qayıda bilər

24-11-2022, 00:45

"Sumqayıt"ın sabiq baş məşqçisi Aleksey Baqa Belarusun "Şaxtyor" (Soliqorsk) komandasına başçılıq edə bilər.

"Report"un məlumatına görə, bu barədə jurnalist Vladislav Tatur özünün sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, Soliqorsk təmsilçisinin rəhbərliyi komandanın sabiq baş məşqçisini geri qaytarmağı nəzərdən keçirir.

Qeyd edək ki, Aleksey Baqa 2021-ci ildə "Şaxtyor"un sükanı arxasında olub və kluba 2-ci ölkə çempionluğunu qazandırıb. O, bu ilin sentyabrında "Sumqayıt"dan istefaya göndərilib.

Geri qayıt