Qelebə.az / Premyer Liqa: "Kəpəz" - "Qarabağ" oyununun məkanı dəyişdirilib

Premyer Liqa: "Kəpəz" - "Qarabağ" oyununun məkanı dəyişdirilib

19-02-2025, 20:59

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 15 mart 2025-ci ildə Tovuz şəhərində Azərbaycan futbolu adına bir sıra əhəmiyyətli tədbirlər keçiriləcəyi səbəbindən həmin gün Misli Premyer Liqasının 27-ci turu çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutmalı olan “Qarabağ” – “Kəpəz” matçının yerinin dəyişdirilməsi ilə bağlı Peşəkar Futbol Liqasına müraciət edib. PFL bu müraciəti və hər iki klubun razılıq məktubunu rəhbər tutaraq Misli Premyer Liqasının 2024-2025-ci illər mövsümünün təqviminə aşağıdakı dəyişikliyin edilməsinə qərar verib:

Misli Premyer Liqasının 27-ci turunun “Qarabağ” – “Kəpəz” oyunu ilə 35-ci turun “Kəpəz” – “Qarabağ” oyununun yeri dəyişdirilsin. Matç saat 17:00-da start götürəcək.

Geri qayıt