Qelebə.az / "Mançester Yunayted"in baş məşqçisi Aleks Ferqyusonun nailiyyətini təkrarlayıb

"Mançester Yunayted"in baş məşqçisi Aleks Ferqyusonun nailiyyətini təkrarlayıb

31-01-2025, 11:23

İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Ruben Amorim "qırmızı şeytanlar"da Aleks Ferqyusonun nailiyyətini təkrarlayıb.

"QELEBE.AZ"un məlumatına görə, 40 yaşlı mütəxəssis buna komandasının UEFA Avropa Liqası matçında Rumıniyada FCSB-ni məğlub etməklə nail olub.

Amorim Mançester təmsilçisinin tarixində komandaya rəhbərlik etdiyi ilk 4 avrokubok oyununda qalib gələn ikinci baş məşqçidir.

Daha əvvəl bunu 1990/1991 mövsümündə klubun sabiq baş məşqçisi Aleks Ferqyuson bacarıb.

Qeyd edək ki, "Mançester Yunayted" Liqa mərhələsini 18 xalla 3-cü pillədə başa vuraraq birbaşa 1/8 finala vəsiqə qazanıb.

Geri qayıt