Qelebə.az / “Mingəçevir" yeni baş məşqçisini təqdim edib

“Mingəçevir" yeni baş məşqçisini təqdim edib

23-01-2025, 18:45

Azərbaycan I Liqa təmsilçisi “Mingəçevir" yeni baş məşqçisini açıqlayıb.

"Report" klubun mətbut xidmətinə istinadən xəbər ki, bölgə klubu PRO kateqoriyalı mütəxəssis Fizuli Məmmədovla müqavilə bağlayıb.

Təcrübəli çalışdırıcı ilə 2,5 +1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Mingəçevir" I Liqada 6 xalla sonuncu - onuncu sırada qərarlaşıb.

Geri qayıt