Qelebə.az / ACF rəsmiləri adaptiv cüdo layihəsi üzrə görüş keçirib

ACF rəsmiləri adaptiv cüdo layihəsi üzrə görüş keçirib

21-01-2025, 15:33

Azərbaycan Cüdo Federasiyası (ACF) rəsmiləri bp şirkətinin nümayəndə heyəti ilə adaptiv cüdo layihəsi üzrə görüş keçiriblər.

"QELEBE.AZ" xəbər verir ki, bp şirkətinin üzvləri ACF-nin fəaliyyəti, həmçinin son bir ildə həyata keçirilən adaptiv cüdo layihəsinin nəticələri ilə tanış olublar.

Görüşdə bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu, cüdo üzrə Hartfordshire Universitetinin professoru Mayk Kallen, Avropa Cüdo Birliyinin Təhsil komitəsinin üzvü Nuno Delqado və hər iki təşkilatın digər nümayəndələri iştirak ediblər.

Geri qayıt