Qelebə.az / Səudiyyə Ərəbistanı təmsilçisi "Fənərbağça"nın hücumçusunu heyətinə qatmaq istəyir

Səudiyyə Ərəbistanı təmsilçisi "Fənərbağça"nın hücumçusunu heyətinə qatmaq istəyir

29-12-2024, 17:42

Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr" Türkiyənin "Fənərbağça" klubunun hücumçusu Yussef En-Neserini heyətinə qatmaq istəyir.

"QELEBE.AZ" Səudiyyə Ərəbistanı mətbuatına istinadən xəbər verir ki, asiyalılar gələn həftə mərakeşli futbolçu üçün Türkiyəyə səfər etməyi planlaşdırır.

"Sarı-lacıvərdlilər" 27 yaşlı forvard üçün 40 milyon avro tələb edəcək. Keçid baş tutarsa, bu, Superliqa tarixində ən bahalı transfer olacaq.

Qeyd edək ki, Yussef En-Neseri cari mövsüm "Fənərbağça"nın heyətində 24 qarşılaşmada meydana çıxıb və 9 qol vurub.

Geri qayıt