Qelebə.az / Lionel Messi: "Uzun müddət oynayacağımı düşünmürəm"

Lionel Messi: "Uzun müddət oynayacağımı düşünmürəm"

15-11-2022, 23:57

"Uzun müddət oynayacağımı düşünmürəm".

"QELEBE.AZ"un məlumatına görə, bunu Argentina millisinin və Fransa PSJ-sinin futbolçusu Lionel Messi karyerası barədə "Mundo Deportivo" nəşrinə açıqlamasında deyib.

35 yaşlı forvard futbolla vidalaşdıqdan sonra da həyatının bu idman növü ilə bağlı olacağını bildirib: "Futbolu, sadəcə oynamağı və bundan zövq almağı sevirəm. Bütün həyatım boyu etdiyim yeganə şey futbol oynamaqdır".

Qeyd edək ki, Lionel Messi Argentina millisi ilə birlikdə noyabrın 20-də Qətərdə start götürəcək dünya çempionatında iştirak edəcək.

Geri qayıt