Qelebə.az / Premyer Liqa: "Araz-Naxçıvan" "Sabah"a məğlub olub

Premyer Liqa: "Araz-Naxçıvan" "Sabah"a məğlub olub

14-12-2024, 18:27

Misli Premyer Liqasında "Araz-Naxçıvan" "Sabah"a məğlub olub.

"QELEBE.AZ" xəbər verir ki, XVII turun oyununda bölgə təmsilçisi 0:1 hesabı ilə uduzub.

"Bayquşlar"ın heyətində yeganə qolu 78-ci dəqiqədə Coy Lens Mikels vurub.

Bu nəticənin ardından xallarının sayını 26-ya çatdıran "Sabah" turnir cədvəlində dördüncü sıraya yüksəlib. "Araz-Naxçıvan" isə 39 xalla liderdir.

Qeyd edək ki, turun açılış oyununda "Şamaxı" və "Səbail" kollektivləri qolsuz bərabərə qalıblar.

Geri qayıt