Qelebə.az / Futbol üzrə Azərbaycan Kubokunda ilk 1/4 finalçı müəyyənləşib

Futbol üzrə Azərbaycan Kubokunda ilk 1/4 finalçı müəyyənləşib

3-12-2024, 16:52

Futbol üzrə Azərbaycan Kubokunda ilk 1/4 finalçı müəyyənləşib.

"QELEBE.AZ"un məlumatına görə, "ASCO Arena"da baş tutan 1/8 final oyununda "Səbail" "Qaradağ Lökbatan"a qalib gəlib - 2:0.

Premyer Liqa təmsilçisinin heyətində Emin Rüstəmov (53) və Nihad Quliyev (62) fərqlənib.

"Dənizçilər" növbəti mərhələdə "Qəbələ" - "Qarabağ" duelinin qalibi ilə qarşılaşacaq.

Geri qayıt