Qelebə.az / Azərbaycan Basketbol Liqasında IV tura yekun vurulur 

Azərbaycan Basketbol Liqasında IV tura yekun vurulur 

1-12-2024, 10:06

Bu gün Azərbaycan Basketbol Liqasında IV tura yekun vurulacaq.

"Report"un məlumatına görə, son olaraq iki oyun keçiriləcək.

"Sərhədçi" "Neftçi" ilə, "Gəncə" "Şəki" ilə üz-üzə gələcək. Qarşılaşmalar müvafiq olaraq 12:00 və 14:00-da start götürəcək.

Qeyd edək ki, əvvəlki matçlarda "Naxçıvan" "Abşeron"u (72:68), "Ordu" "Lənkəran"ı (92:55), "Sabah" NTD-ni (110:86), "Quba" isə "Sumqayıt"ı (97:83) məğlub edib.

Geri qayıt