Qelebə.az / Bellinqem 2005-ci ildən bəri "Qızıl top" mükafatına namizədlər siyahısında "üçlüy"ə düşən ilk ingilis futbolçu olub

Bellinqem 2005-ci ildən bəri "Qızıl top" mükafatına namizədlər siyahısında "üçlüy"ə düşən ilk ingilis futbolçu olub

29-10-2024, 10:44

İngiltərə millisinin və İspaniyanın "Real" klubunun yarımmüdafiəçisi Cud Bellinqem 2005-ci ildən bəri "Qızıl top" mükafatının namizədləri siyahısında "üçlüy"ə düşən ilk ingilis futbolçu olub.

"QELEBE.AZ" xarici KİV-ə istinadən xəbər verir ki, bu, ötən gün Parisdə "Qızıl top" mükafatının təqdimetmə mərasimində reallaşıb.

İngilis futbolçu ilk "üçlük"də Rodri və "Real"dakı komanda yoldaşı Vinisius Junior ilə birlikdə yer alıb. 2005-ci ildə ingiltərəli futbolçulardan Stiven Cerrard və Frenk Lempard ilk "üçlüy"ə düşüblər.

Qeyd edək ki, bu il "Qızıl top"u İngiltərənin "Mançester Siti" klubunun və İspaniya millisinin yarımmüdafiəçisi Rodri qazanıb.

Geri qayıt