Qelebə.az / Azərbaycan Kubokunda daha bir oyun keçirilib

Azərbaycan Kubokunda daha bir oyun keçirilib

12-10-2024, 18:27

Futbol üzrə Azərbaycan Kubokunun I təsnifat mərhələsində daha bir oyun keçirilib.

"QELEBE.AZ"un məlumatına görə, "Şəfa" və “Saatlı-Araz” klubları üz-üzə gəliblər.

Qarşılaşma birincilərin qələbəsi ilə bitib. "Şəfa" II təsnifat mərhələsində "Difai" ilə qarşılaşacaq.

Daha əvvəl “Şahdağ Qusar” “Kür-Araz”ı məğlub edib - 3:1.

Qeyd edək ki, I təsnifat mərhələsinin digər matçları 13-14 oktyabrda gerçəkləşəcək.

Geri qayıt