Qelebə.az / "Şəki"nin məşqçilər korpusuna daha bir mütəxəssis qoşulub

"Şəki"nin məşqçilər korpusuna daha bir mütəxəssis qoşulub

9-10-2024, 14:47

"Şəki" basketbol klubunun məşqçilər korpusuna daha bir mütəxəssis qoşulub.

Klubun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ötən mövsüm də "Şəki"də çalışmış Etibar Bağırov klubda 3-cü məşqçi funksiyasını icra edəcək.

O, komandanın fitnes hazırlığına cavabdehlik daşıyacaq.

Qeyd edək ki, komandanın baş məşqçisi türkiyəli Bedri Meriç, köməkçisi isə Vüqar Musayev olacaq.

Geri qayıt