Qelebə.az / Asim Xudiyev UEFA-dan təyinat alıb

Asim Xudiyev UEFA-dan təyinat alıb

7-10-2024, 13:53

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan təyinat alıb.

"QELEBE.AZ" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, UEFA Millətlər Liqasının III turunda keçiriləcək Slovakiya – İsveç görüşünün hakim-inspektoru olacaq.

Azərbaycan millisinin də yer aldığı C Liqasının I qrupunun matçı oktyabrın 11-də Bratislavada baş tutacaq.

Geri qayıt