Qelebə.az / Azərbaycan komandası Çempionlar Liqasında qələbə qazanaraq mərhələ adlayıb

Azərbaycan komandası Çempionlar Liqasında qələbə qazanaraq mərhələ adlayıb

2-09-2022, 17:30

Minifutbol üzrə Azərbaycan çempionu "Beerbaşa" komandası EMF Çempionlar Liqasının qrup mərhələsində növbəti qələbəsini qazanaraq daha bir tarixi nailiyyətə imza atıb.

"Report" xəbər verir ki, "Beerbaşa" Rumıniyanın AEK (Oradya) komandasını 4:0 hesabı ilə məğlub edib.

Qolları Elvin Əlizadə, Emin Əliyev, Cəfər Cəfərov və Emil Məmmədov vurub. Bununla da komanda 6 xalla B qrupunun lideri olub və 1/8 finala adlayıb.

Qeyd edək ki, "Beerbaşa" ilk turda Çexiyanın "La Plate de Kunde" komandasına 1:2 uduzub. Azərbaycan çempionu daha sonra Bolqarıstanın "DXC Texnoloci" komandasını 5:1 hesabı ilə məğlub edib.

Geri qayıt