Qelebə.az / Azərbaycanda 2025-ci ildə fiqurlu konkisürmə üzrə Qran-pri turniri keçiriləcək

Azərbaycanda 2025-ci ildə fiqurlu konkisürmə üzrə Qran-pri turniri keçiriləcək

30-09-2024, 16:46

Azərbaycanda 2025-ci ildə yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-pri turniri keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyası (AQİNF) məlumat yayıb.

AQİNF-nın Beynəlxalq Konkisürmə Birliyinə (ISU) ünvanladığı müraciət müsbət qarşılanıb və bu barədə qərar qəbul olunub.

Yarışa 20-dən artıq ölkənin 150-ə yaxın idmançısının qatılacağı gözlənilir.

Qeyd edək ki, gələn il sentyabrın 24-dən 27-nə qədər baş tutacaq yarış Azərbaycanın fiqurlu konkisürmə tarixində ilk olacaq. Qran-prinin təşkilindən sonra AQİNF tərəfindən ölkəmizdə dünya çempionatının keçirilməsi üçün müraciət edilməsi də nəzərdə tutulur.

Geri qayıt