Qelebə.az / Azərbaycan Kubokunun 2024/2025 mövsümünün püşkatma mərasimi keçiriləcək

Azərbaycan Kubokunun 2024/2025 mövsümünün püşkatma mərasimi keçiriləcək

19-09-2024, 16:59

Futbol üzrə Azərbaycan Kubokunun 2024/2025 mövsümünün püşkatma mərasimi keçiriləcək.

"Report" xəbər verir ki, mərasim “Alov Qüllələri” kompleksinin “Fairmont” hotelinin “Nizami Gəncəvi” zalında baş tutacaq.

Sentyabrın 30-da təşkil ediləcək tədbir saat 15:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunda I və II Liqanın bütün klubları iştirak edəcək.

Geri qayıt