Qelebə.az / “Sərhədçi” heyətini ABŞ-li basketbolçu ilə gücləndirib

“Sərhədçi” heyətini ABŞ-li basketbolçu ilə gücləndirib

11-09-2024, 16:30

Yeni mövsümün hazırlıqlarını davam etdirən “Sərhədçi” heyətinə daha bir basketbolçu qatıb.

Klubdan "QELEBE.AZ"a verilən məlumata görə, komanda ABŞ-li basketbolçu Marlon Teylorla anlaşıb.

Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Marlon Teylorun son klubu Yeni Zelandiya təmsilçisi “Vellinqton Saynts” olub.

Geri qayıt