Qelebə.az / Paris-2024: Azərbaycan parataekvondoçusu finala yüksəlib - YENİLƏNİB

Paris-2024: Azərbaycan parataekvondoçusu finala yüksəlib - YENİLƏNİB

30-08-2024, 21:27

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

"QELEBE.AZ"un məlumatına görə, K44 kateqoriyasında, 70 kq çəki dərəcəsində yer alan idmançı bu mərhələdə Javokhir Alikulovla (Özbəkistan) üz-üzə gəlib.

Rəqibinə 7:2 hesabı ilə qalib gələn Xəlilov finala vəsiqə qazanıb.

Bununla da parataekvondoçumuz ən azı gümüş medalı özü üçün təmin edib.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

15:23

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.

"QELEBE.AZ"un məlumatına görə, K44 kateqoriyasında, 70 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda Miçel Ernesto Uolkerlə (Kuba) üz-üzə gəlib.

Rəqibinə 12:2 hesabı ilə qalib gələn Xəlilov yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

Geri qayıt