Qelebə.az / Ukrayna İranın dünya çempionatına buraxılmaması üçün FIFA-ya müraciət edib

Ukrayna İranın dünya çempionatına buraxılmaması üçün FIFA-ya müraciət edib

1-11-2022, 10:07

İranın dünya çempionatından uzaqlaşdırılması üçün FIFA-ya təzyiqlər artır.

Apasport.az saytının məlumatına görə, son olaraq Ukrayna tərəfi buna qarşı olduğunu bəyan edib.

Ukrayna Futbol Assosiasiyası ali futbol qurumuna rəsmi müraciət edərək, İranın DÇ-2022-yə buraxılmamasını tələb edib. Həmçinin başqa bir neçə federasiya da İranın əvəzinə İtaliya yığmasının Qətərə yollanmasının tərəfdarıdır.

Qeyd edək ki, noyabrın 20-də başlayacaq dünya çempionatında İran B qrupunda İngiltərə, ABŞ və Uelslə mübarizə aparacaq.

Geri qayıt