Qelebə.az / Avropa Kuboku: Azərbaycan millisi ikinci görüşündə də məğlub olub

Avropa Kuboku: Azərbaycan millisi ikinci görüşündə də məğlub olub

22-08-2024, 19:34

Azərbaycanın 3x3 basketbol üzrə qadınlardan ibarət millisi Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Kubokunda növbəti görüşünü keçirib.

"Report" xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv C qrupundakı ikinci oyununda meydan sahibləri ilə üz-üzə gəlib.

Matç yığmamızın məğlubiyyəti ilə bitib - 12:20.

Günün ilk qarşılaşmasında seçməmiz İspaniyaya 7:21 hesabı ilə uduzub.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

Geri qayıt