Qelebə.az / Paris-2024: Azərbaycanın sərbəst güləşçisi 1/4 finala yüksəlib

Paris-2024: Azərbaycanın sərbəst güləşçisi 1/4 finala yüksəlib

10-08-2024, 13:26

Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

"QELEBE.AZ"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 97 kq çəki dərəcəsində yer alan idmançı 1/8 finalda Dominikan Respublikasından olan Luis Migel Pereslə üz-üzə gəlib.

Görüş təmsilçimizin 9:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Geri qayıt