Qelebə.az / UEFA Çempionlar Liqası: "Qarabağ" hesabı bərabərləşdirib - YENİLƏNİB 4

UEFA Çempionlar Liqası: "Qarabağ" hesabı bərabərləşdirib - YENİLƏNİB 4

6-08-2024, 21:27

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) matçında hesab bərabərləşib.

"QELEBE.AZ" xəbər verir ki, Juniniyo 65-ci dəqiqədə rəqib qapısına yol tapıb - 1:1.

Qonaqlardan isə Diniş Almeyda 56-cı dəqiqədə fərqlənib.

21:19

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) matçında hesab açılıb.

"QELEBE.AZ" xəbər verir ki, qonaqların futbolçusu Diniş Almeyda 56-cı dəqiqədə fərqlənib - 0:1

Qarşılaşmanın baş hakimi isveçrəli Urs Şniderdir.

21:05

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) matçında ikinci hissə başlayıb.

"QELEBE.AZ" xəbər verir ki, hazırda davam edən oyunda hesab açılmayıb.

Qarşılaşmanın baş hakimi isveçrəli Urs Şniderdir.

20:51

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) matçında ilk hissə başa çatıb.

"QELEBE.AZ" xəbər verir ki, komandalar fasiləyə qolsuz yollanıb.

Qarşılaşmanın baş hakimi isveçrəli Urs Şniderdir.

20:00

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) matçı start götürüb.

"QELEBE.AZ" xəbər verir ki, görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Qarşılaşmanın baş hakimi isveçrəli Urs Şniderdir.

Geri qayıt