Qelebə.az / Şenol Günəş “Beşiktaş”ın baş məşqçisi təyin olunub

Şenol Günəş “Beşiktaş”ın baş məşqçisi təyin olunub

28-10-2022, 12:27

“Beşiktaş”ın yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytı xəbər verir ki, bu barədə Türkiyə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, “ağ-qaralar” növbəti dəfə Şenol Günəşə tapşırılıb. O, bu postda yenicə istefaya göndərilən Valeryen İsmaeli əvəzləyib. 70 yaşlı mütəxəssis ilk açıqlamasında hədəflərinin çempionluq olacağını bildirib.

Qeyd edək ki, Şenol Günəş 2015-2019-cu illərdə də “Beşiktaş”ı çalışdırıb.

Geri qayıt