Qelebə.az / Paris-2024: Azərbaycan üzgüçüsü yarışı 35-ci sırada başa vurub

Paris-2024: Azərbaycan üzgüçüsü yarışı 35-ci sırada başa vurub

3-08-2024, 13:28

Azərbaycan üzgüçüsü Məryəm Şeyxəlizadəxangah Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

"Report"un məlumatına görə, idmançı 50 metr məsafəyə sərbəst üsulla üzmədə təsnifat mərhələsində çıxış edib.

O, öz qrupunda 8 iştirakçı arasında 26.76 saniyə göstərici ilə üçüncü olub.

Bütün qruplar üzrə çıxışların nəticələrinə əsasən Şeyxəlizadəxangah 35-ci yeri tutub.

Geri qayıt