Qelebə.az / "Sumqayıt"ın Konfrans Liqasındakı rəqibi Türkiyə klubu ilə qarşılaşıb

"Sumqayıt"ın Konfrans Liqasındakı rəqibi Türkiyə klubu ilə qarşılaşıb

17-07-2024, 15:01

"Sumqayıt"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Macarıstanın "Fehervar" klubu daha bir yoxlama matçı keçirib.

"QELEBE.AZ" xəbər verir ki, Sekeşfehervar klubu Türkiyə təmsilçisi "Göztəpə" ilə qarşılaşıb.

Matç 2:2 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, "Sumqayıt" da dünən yoxlama görüşündə Türkiyə təmsilçisi "Adana Dəmirspor"la heç-heçəyə razılaşıb - 2:2.

Samir Abasovun rəhbərlik etdiyi klub "Fehervar"la Konfrans Liqasında ilk matçını iyulun 25-də evdə, cavab qarşılaşmasını isə 31-də Macarıstanda keçirəcək.

Geri qayıt