Rusiyalı idmançı ilə görüş ən çətini idi.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın yunan-Roma güləşi üzrə U-17 millisinin üzvü Ayxan Cavadov söyləyib.
"Yarış çox çətin keçdi. Beş görüş keçirdim, rusiyalı idmançı ilə görüş ən çətini idi. İnşallah, qarşıdakı dünya çempionatında nəticəmi təkrarlayacağam", – qızıl medalçı vurğulayıb.
Xatırladaq ki, Serbiyada keçirilmiş U-17 Avropa çempionatının birincisi olan Azərbaycanın yunan-Roma güləşi millisi Bakıya qayıdıb.