Qelebə.az / "Zirə" ikinci yoxlama oyununda qalib gəlib

"Zirə" ikinci yoxlama oyununda qalib gəlib

25-06-2024, 21:14

"Zirə" klubu Türkiyənin Bolu çəhərindəki təlim-məşq toplanışı çərçivəsində keçirdiyi ikinci yoxlama oyununda qalib gəlib.

"Report" xəbər verir ki, təmsilçimiz Rumıniyanın "Hermanştadt" klubu ilə qarşılaşıb.

Görüş Rəşad Sadıqovun baş məşqçisi olduğu komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Zirə" ilk yoxlama matçında "Orenburq"a (Rusiya) məğlub olub - 1:2.

Geri qayıt