Qelebə.az / Rusiyalı məşhur idmançı Paris olimpiadasına lisenziya əldə edə bilməyib

Rusiyalı məşhur idmançı Paris olimpiadasına lisenziya əldə edə bilməyib

24-06-2024, 10:56

Üzgüçülük üzrə altıqat dünya çempionu, rusiyalı Yuliya Yefimova Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün lazımi nəticəni göstərə bilməyib.

"QELEBE.AZ" TASS-a istinadən xəbər verir ki, idmançı Baham adaları çempionatında 100 metr məsafəyə brass üsulu ilə üzməkdə 1 dəqiqə 07,98 saniyə nəticə ilə finala yüksəlib.

Olimpiya normativini yerinə yetirmək üçün o, məsafəni 1 dəqiqə 06,79 saniyəyə qət etməli idi.

Daha əvvəl Yefimova 200 metr məsafəni brass üsulu ilə 2 dəqiqə 29,09 saniyəyə qət edərək olimpiadaya lisenziya qazana bilməyib.

Yay Olimpiya Oyunlarına normativin yerinə yetirilməsi üçün son tarix iyunun 23-dür.

Qeyd edək ki, Yefimova neytral status alan yeganə rusiyalı üzgüçüdür. Bu da ona beynəlxalq yarışlarda iştirak etmək hüququ verir. Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Geri qayıt