Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Polşa - Avstriya görüşündə hesab açılıb.
"Report" xəbər verir ki, Berlin Olimpiya Stadionunda keçirilən D qrupunun oyununda avstriyalılar hesabda önə çıxıb.
9-cu dəqiqədə Qernot Trauner fərqlənməyi bacarıb.
20:01
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Polşa - Avstriya görüşü start götürüb.
"Report" xəbər verir ki, Berlin Olimpiya Stadionunda başlayan D qrupunun oyununu türkiyəli FIFA referisi Halil Umut Meler idarə edir.
Qeyd edək ki, bu qarşılaşmanın ardından D qrupunun digər matçı olan Niderland - Fransa görüşü keçiriləcək.

