Qelebə.az / AVRO-2024: Slovakiya - Ukrayna matçında ikinci qol vurulub - YENİLƏNİB - 4

AVRO-2024: Slovakiya - Ukrayna matçında ikinci qol vurulub - YENİLƏNİB - 4

21-06-2024, 18:13

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Slovakiya - Ukrayna görüşündə hesab bərabərləşib.

"QELEBE.AZ" xəbər verir ki, Düsseldorf şəhərindəki "Esprit Arena"da gerçəkləşən E qrupunun görüşündə ukraynalılar "status-kvo"nu bərpa ediblər - 1:1.

Nikolay Şaparenko 54-cü dəqiqədə rəqibi oyuna mərkəzdən başlamağa məcbur edib.

18:03

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Slovakiya - Ukrayna görüşündə ikinci hissə start götürüb.

"QELEBE.AZ" xəbər verir ki, Düsseldorf şəhərindəki "Esprit Arena"da gerçəkləşən E qrupunun görüşündə slovakiyalılar hesabda öndədirlər - 1:0.

17-ci dəqiqədə İvan Şrants fərqlənib.

17:47

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Slovakiya - Ukrayna görüşündə birinci hissə başa çatıb.

"QELEBE.AZ" xəbər verir ki, Düsseldorf şəhərindəki "Esprit Arena"da gerçəkləşən E qrupunun görüşündə slovakiyalılar fasiləyə minimalhesablı üstünlüklə yollanıblar.

17-ci dəqiqədə İvan Şrants fərqlənib.

17:20

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Slovakiya - Ukrayna görüşündə hesab açılıb.

"QELEBE.AZ" xəbər verir ki, slovakiyalılar hesabda irəli çıxıb.

17-ci dəqiqədə İvan Şrants fərqlənib.

Qarşılaşma davam edir.

17:00

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Slovakiya - Ukrayna görüşü start götürüb.

"QELEBE.AZ" xəbər verir ki, Düsseldorf şəhərindəki "Esprit Arena"da başlayan E qrupunun oyununu ingiltərəli FIFA referisi Maykl Oliver idarə edir.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

Geri qayıt