Qelebə.az / Serbiya klubu Çempionlar Liqası matçını azarkeşsiz keçirəcək

Serbiya klubu Çempionlar Liqası matçını azarkeşsiz keçirəcək

20-06-2024, 17:38

Serbiyada yerli "Partizan" ilə Ukraynanın "Dinamo" (Kiyev) klubları arasında Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu azarkeşsiz keçiriləcək.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Buna serb fanatların ötən mövsüm Danimarka təmsilçisi “Norşellann”la matçda irqçi ayrı-seçkiliyə yol verməsi səbəb olub.

Qeyd edək ki, "Partizan" ilk matçını iyulun 23-ü və ya 24-də səfərdə, cavab görüşünü isə bundan bir həftə sonra evdə keçirəcək.

Geri qayıt