Qelebə.az / İtaliya klubunun baş məşqçisi postundan ayrılıb

İtaliya klubunun baş məşqçisi postundan ayrılıb

20-06-2024, 16:53

İtaliya təmsilçisi "Venesiya"nın baş məşqçisi postundan ayrılıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Paolo Vanolinin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

"Venesiya" 51 yaşlı mütəxəssisin rəhbərliyi altında İtaliya B Seriyasının 2023/2024 mövsümünü qalib kimi başa vuraraq A Seriyasına yüksəlib.

Qeyd edək ki, P.Vanoli daha əvvəl Rusiyanın "Spartak" (Moskva) kollektivini çalışdırıb.

Geri qayıt