Qelebə.az / Azərbaycanın 3x3 basketbol millisi  “Clermont-Ferrand” mərhələsinə qələbə ilə başlayıb

Azərbaycanın 3x3 basketbol millisi  “Clermont-Ferrand” mərhələsinə qələbə ilə başlayıb

14-06-2024, 21:47

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Qadın Seriyasının Fransada keçirilən “Clermont-Ferrand” mərhələsinə qələbə ilə start verib.

“QELEBE.AZ” xəbər verir ki, D qrupunda qərarlaşan millimiz ilk görüşündə Filippin yığması ilə qarşılaşıb və rəqibinə 22:17 hesabı ilə qalib gəlib.

Komandamızın qrupda sonuncu oyunu Niderland seçməsinə qarşı olacaq. Görüş Bakı vaxtı ilə saat 21:50-də başlayacaq.

Geri qayıt