Qelebə.az / Azərbaycan cüdoçuları İspaniyada təlim-məşq toplanışında iştirak ediblər

Azərbaycan cüdoçuları İspaniyada təlim-məşq toplanışında iştirak ediblər

23-05-2024, 14:53

Azərbaycanın gənclərdən ibarət millisinin üzvləri mayın 20-dən 22-dək Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə İspaniyanın Malaqa şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər.

"QELEBE.AZ" Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlıq prosesinə yığmanın 12 üzvü qatılıb.

Cüdoçulara gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edib.

Təlim-məşq toplanışı sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və dünya çempionatlarına hazırlıq məqsədi daşıyıb.

Geri qayıt