Qelebə.az / Rusiya Premyer Liqasında cari mövsümün ən erkən qolu vurulub

Rusiya Premyer Liqasında cari mövsümün ən erkən qolu vurulub

6-05-2024, 19:28

Rusiya Premyer Liqasında cari mövsümün ən erkən qolu vurulub.

"Report" xəbər verir ki, "Baltika" klubunun futbolçusu Vitali Lisakoviç XXVII turda, "Ural"la matçın 16-cı saniyəsində fərqlənməklə mövsümün rekordunu müəyyənləşdirib.

Qeyd edək ki, Premyer Liqa tarixinin ən erkən qolu "Krasnodar"ın futbolçusu Olakunle Olusequna məxsusdur. O, 2022-ci ildə, "Rostov"la matçın 8-ci saniyəsində vurduğu qolla bu uğura imza atıb.

Geri qayıt