Qelebə.az / Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək

Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək

19-04-2024, 09:03

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tura start veriləcək.

"QELEBE.AZ"un məlumatına görə, günün yeganə matçı Tovuzda keçiriləcək.

"Turan Tovuz" "Sumqayıt"ı qəbul edəcək. Qarşılaşma saat 16:30-da başlayacaq.

Meydan sahibləri 42 xalla altıncı, "gənclik şəhəri" təmsilçisi 44 xalla dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər matçları aprelin 20-21-də gerçəkləşəcək.

Geri qayıt