Qelebə.az / Türkiyə Superliqasında əcnəbi VAR hakimlərinin xidmətindən istifadə olunacaq

Türkiyə Superliqasında əcnəbi VAR hakimlərinin xidmətindən istifadə olunacaq

12-04-2024, 12:47

Türkiyə Superliqasının XXXII turundan mövsümün sonuna qədər vacib oyunlarda əcnəbi VAR hakimlərinin xidmətindən istifadə olunacaq.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.

TFF-nin İtaliya, İspaniya, Almaniya, Niderland ve Portuqaliya futbol federasiyalarına bununla bağlı müraciəti müsbət cavablandırılıb.

XXXII turun "Ankaragücü" - "Qaziantep", "Fatih Karagümrük" - "Fənərbağça" və "Alanyaspor" - "Qalatasaray" görüşlərinə əcnəbi VAR hakimləri dəvət olunacaq.

Geri qayıt