Qelebə.az / Avropa Olimpiya Təsnifat turniri: Azərbaycanın daha bir güləşçisi mərhələ adlayıb

Avropa Olimpiya Təsnifat turniri: Azərbaycanın daha bir güləşçisi mərhələ adlayıb

7-04-2024, 12:19

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinə qələbə ilə başlayıb.

“Report” xəbər verir ki, 74 kq çəki dərəcəsində yer alan 23 yaşlı idmançı 1/8 final mərhələsində isveçrəli Tobias Portmannı üstələyib.

Görüş təmsilçimizin 10:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bayramov 1/4 finalda Rumıniya idmançısı Zurab Karpayevlə üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl Osman Nurmaqomedov (86 kq) 1/8 finala, Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (65 kq) isə 1/4 finala adlayıblar.

Geri qayıt