Qelebə.az / Avropa Liqası “Qarabağ”la bağlı paylaşım edib

Avropa Liqası “Qarabağ”la bağlı paylaşım edib

23-02-2024, 03:20

UEFA Avropa Liqası “Qarabağ”ın turnirin 1/8 finalına vəsiqə qazanması münasibətilə paylaşım edərək Ağdam təmsilçisinin bu nailiyyətinin tarixi adlandırıb.

“QELEBE.AZ” xəbər verir ki, Avropa Liqasının sosial şəbəkə hesabında qeyd olunub:

“Tarix kitabları üçün!”.

Xatırladaq ki, “köhlən atlar” UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” komandasından üstün olub və tarixində ilk dəfə turnirin 1/8 finalına çıxıb.

Geri qayıt