Qelebə.az / Azərbaycan güləşçiləri beynəlxalq turnirə Qazaxıstanda hazırlaşırlar

Azərbaycan güləşçiləri beynəlxalq turnirə Qazaxıstanda hazırlaşırlar

22-02-2024, 16:42

Azərbaycanın gənclərdən (U-20) ibarət yunan-Roma güləşi millisi Qazaxıstana yollanıb.

Federasiyadan "Report"a verilən məlumata görə, yığmamız bu gündən Çimkənd şəhərində təlim-məşq toplanışına start verib.

Martın 9-dək davam edəcək hazırlıq prosesində böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında 18 güləşçi yer alıb.

Həm fiziki, həm də taktiki-texniki çalışmaların yer alacağı toplanışda Qazaxıstan, Ukrayna, Özbəkistan, Tacikistan və Səudiyyə Ərəbistanı yığmaları da iştirak edir.

Komanda hazırlıq prosesini başa vurduqdan sonra martın 11-13-də Astanada keçiriləcək Jaksılık Uşkempirov turnirində çıxış edəcək.

Geri qayıt