Qelebə.az / İtaliyanın futbol millisi tarixinin bombardiri vəfat edib

İtaliyanın futbol millisi tarixinin bombardiri vəfat edib

23-01-2024, 03:13

İtaliyanın futbol üzrə millisinin bombardiri Luici Riva 79 yaşında vəfat edib.

"QELEBE.AZ"un məlumatına görə, bu barədə ölkənin Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

L.Riva yanvarın 21-də ürək tutması səbəbindən xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, idmançı 1965-1974-cü illərdə İtaliya millisində çıxış edib və 42 matçda 35 qol vurub. Avropa çempionu (1968-ci il) və dünya çempionatının gümüş mükafatçısıdır (1970-ci il).

Klub karyerasında Riva 1970-ci ildə İtaliya çempionu olduğu "Lenyano" və "Kalyari"də çıxış edib. Hücumçu üç dəfə ölkə çempionatının bombardiri olub. "Kalyari"nin heyətində 207 qol vurub və bu göstəriciyə görə klubun rekordçusudur.

Riva 1988-2013-cü illərdə İtaliya millisinin direktoru və idarə heyətinin üzvü olub.

Geri qayıt