Qelebə.az / "Şamaxı" klubu növbəti transferini reallaşdırıb

"Şamaxı" klubu növbəti transferini reallaşdırıb

19-01-2024, 14:38

Mövsümün ikinci yarısına hazırlığını davam etdirən "Şamaxı" klubu növbəti transferini reallaşdırıb.

Bölgə təmsilçisindən “QELEBE.AZ”a verilən məlumata görə, "Turan Tovuz"un müdafiəçisi Səbayıl Bağırov mövsümün sonuna qədər icarəyə götürülüb.

Qeyd edək ki, I Liqa klubu daha əvvəl Roman Hüseynov və Bəhruz Teymurovu heyətinə qatıb.

Geri qayıt