Qelebə.az / "Beşiktaş" heyətdən kənarlaşdırdığı futbolçunu icarəyə verib

"Beşiktaş" heyətdən kənarlaşdırdığı futbolçunu icarəyə verib

18-01-2024, 15:55

Türkiyənin "Beşiktaş" klubu heyətdən kənarlaşdırdığı futbolçusu Valanten Rozyeni icarəyə verib.

"QELEBE.AZ" İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi Fransa "Nitsa"sında çıxış edəcək.

Onun maaşını Liqa 1 təmsilçisi ödəyəcək. Klub həmçinin Rozyeni birdəfəlik almaq hüququna malik olacaq.

Qeyd edək ki, "Beşiktaş" ötən ilin dekabrında Valanten Rozyeni əsas heyətdən kənarlaşdırmışdı.

Geri qayıt