Qelebə.az / "Qarabağ"ın rəqibi gənc müdafiəçi ilə müqavilənin müddətini uzadıb

"Qarabağ"ın rəqibi gənc müdafiəçi ilə müqavilənin müddətini uzadıb

16-01-2024, 16:16

"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" futbolçusu Joau Vaskonselosla müqavilənin müddətini uzadıb.

"QELEBE.AZ" Portuqaliya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, fevralda 19 yaşı tamam olacaq müdafiəçinin yeni sözləşməsi 2028-ci ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, "Braqa"nın yetirməsi olan oyunçu Portuqaliyanın U-15, U-16, U-17, U-18 və U-19 yığmalarında çıxış edib.

Xatırladaq ki, “Qarabağ”la “Braqa” arasında matçlar fevralın 15-də və 22-də keçiriləcək.

Geri qayıt