Qelebə.az / Azərbaycan voleybol çempionatında VIII turun son oyununun vaxtı müəyyənləşib

Azərbaycan voleybol çempionatında VIII turun son oyununun vaxtı müəyyənləşib

12-01-2024, 13:25

Qadın voleybolçular arasında Azərbaycan çempionatında VIII turun son oyununun vaxtı müəyyənləşib.

“QELEBE.AZ”un məlumatına görə, Yüksək Liqa çərçivəsində “Gəncə” ilə UNEC komandaları üz-üzə gələcəklər.

Gəncəlilər yanvarın 13-də hesabında xal olmayan rəqibi Tovuz Olimpiya İdman Kompleksində qəbul edəcəklər. Qarşılaşma saat 16:00-da başlayacaq.

Turun əvvəlki matçlarında “Milli Aviasiya Akademiyası” “Abşeron”a (3:0), “Murov Az Terminal” isə “Azərreyl”ə (3:2) qalib gəlib.

Qeyd edək ki, hazırda “Azərreyl” 19 xalla turnir cədvəlinə başçılıq edir. “Abşeron” 18 xalla ikinci, “Murov Az Terminal” 17 xalla 3-cü, “Gəncə” 9 xalla 4-cü, “Milli Aviasiya Akademiyası” 6 xalla 5-ci pillədədirlər. Sonuncu yerdə qərarlaşan UNEC-in hesabında xal yoxdur.

Geri qayıt