Qelebə.az / Dünya çempionatı: Elcan Hacıyev ipponla uduzub, Səid Mollayi gözləyir

Dünya çempionatı: Elcan Hacıyev ipponla uduzub, Səid Mollayi gözləyir

9-10-2022, 09:12

Azərbaycanın daha bir cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, 81 kq-da çıxış edən Elcan Hacıyev 1/16 finalda böyük britaniyalı Laçlan Morheadla qarşılaşıb. Rəqibinə ipponla uduzan idmançı yarışla vidalaşıb.

Azərbaycanın bu çəki dərəcəsindəki digər təmsilçisi Səid Mollayi isə mübarizəyə 1/8 finaldan qoşulacaq. Onun rəqibi Aleks Barto (Slovakiya) / Nikon Zaboroskiuk (Moldova) cütünün qalibi olacaq.

Qeyd edək ki, dünya çempionatında daha əvvəl tatami üzərinə çıxmış Azərbaycan cüdoçularından hələlik yalnız Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.

Geri qayıt